“Qalatasaray” “Yuventus”a belə qalib gəldi – Video
18.02.2026 , 10:00
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə Türkiyənin ”Qalatasaray” klubu doğma meydanda İtaliya təmsilçisi “Yuventus”u qəbul edib.
İstanbulda keçirilən qarşılaşma meydan sahiblərinin 5:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.
“Cim-bom”un heyətində qolları Qabriel Sara (15), Natan Lanq (49, 74), Davinson Sançez (60) və Sacha Boey (86) vurub. Turin klubunun qollarına isə Teun Kopmayners (16, 32) imza atıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 26-da keçiriləcək.