“Qalatasaray” yeni transferini bu tarixdə açıqlayacaq
24.06.2024 , 14:27

“Qalatasaray” belçikalı hücumçu Mişi Batşuayini transfer edib.
Korner.az xəbər verir ki, rəsmi açıqlamanın yaxın zamanda ediləcəyi gözlənilir.
İstanbul nəhəngi futbolçunun keçidini iyulun 3-də rəsmən açıqlanması və imzaların həmin tarixdə atılmasını planlaşdırır.
30 yaşlı futbolçunun iyulun 1-də İstanbula gələcəyi bildirilir.
Mina Musayeva
