“Qalatasaray” yarımmüdafiə xəttini gücləndirmək istəyir
22.12.2025 , 17:15
Qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran “Qalatasaray”ın maraq dairəsində bir neçə futbolçu var.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan Fransa Liqa 1-də çıxış edən Djaoui Cisse (“Renn”) və Artur Avom (“Lorient”) “sarı-qırmızılılar”ın diqqətindədir.
Siyahının başında isə İngiltərə Premyer Liqasının “Vulverhempton” klubunda oynayan Andre dayanır.
Xəbərdə bildirilir ki, “Qalatasaray” əvvəlcə braziliyalı futbolçu ilə icarə müqaviləsi bağlamağı nəzərdən keçirir.
Bu mövsüm 19 matçda iştirak edən 24 yaşlı Andre hazırda 28 milyon avro dəyərində qiymətləndirilir və “Vulverhempton”la 2029-cu ilə qədər müqaviləsi mövcuddur.