Türkiyə superliqasında 24-cü turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma keçirilib.
“Akhisar” öz meydanında “Karabükspor”u darmadağın edib – 5:1.
“Sivasspor” səfərdə “Rizəspor”a uduzub – 1:2.
Lider “Qalatasaray” doğma azarkeşləri önündə xal itkisi ilə üzləşib. “Başakşəhər”lə qarşılaşan “cim-bom” bir xalla kifayətlənib – 2:2.
Tura martın 16-da keçiriləcək “Qaziantepspor” – “Trabzonspor” matçı ilə yeun vurulacaq.
14 mart
Türkiyə Superliqası, XXIV tur
“Akhisar” – “Karabükspor” – 5:1
Qollar: LuaLua, 18 (1:0), Vural, 33 (2:0), Traore, 39-pen. (2:1), Vaz Te, 57 (3:1). 79 (4:1) Gekas, 90 (5:1)
“Rizəspor” – “Sivasspor” – 2:1
Qollar: Kueuke, 46 (1:0),50 (2:0), Eşər, 52 (2:1)
“Qalatasaray” – “Başakşəhər” – 2:2
Qollar Selcuk İnan, 43 (10:), Umut Bulut, 49 (2:0), Batdal, 79 (2:1), Şahin, 85 (2:2)
15 mart
16:00 “Əskişəhərspor” – “Mersin İdmanyurdu”
18:00 “Beşiktaş” – “Ərciyəsspor”
22:00 “Gənclərbirliyi” – “Fənərbağça”
16 mart
22:00 “Qaziantepspor” – “Trabzonspor”
