Türkiyə Super Liqası final mərhələsi oyunu çərçivəsində qarşı-qarşıya gələn "Qalatasaray" – "Trabzonspor" matçında xoşagəlməz hadisələr baş verib.
Korner.az-ın məlumatına görə, oyun zamanı qonaqların futbolçusu Olcan rəqibi Ebueyə qarşı qaydanı pozub. Əsəblərini cilovlaya bilməyən afrikalı futbolçu Olcanın üzərinə gəlib. Daha sonra ara sakitləşib. Lakin söz-söhbət matç bitdikdən sonra paltardəyişmə otağında da davam edib. Bununla belə hər iki futbolçular bir-birlərinin ünvanlarına xoşagəlməz və nalayiq sözlər işlədiblər.
