“Qalatasaray” rəhbərliyi qış transferi dövründə heyəti bir qədər də gücləndirmək niyyətindədir
“Cim-bom” “Yuventus”un üzvü Kvadvo Asamoanı transfer etmək istəyir. Müdafiənin sol cinahına gəlməsi nəzərdə tutulan 28 yaşlı qanalı futbolçunun “Qoca sinyora” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Türklər bu transfer üçün 1.5 milyon avro nəzərdə tutublar. “Yuve” Asamoanı qışda buraxmasa, “Qalatasaray” sözügedən futbolçunu yayda heyətinə havayı qata bilər.
Asamoanın da Türkiyəyə köçməyə razı olduğu bildirilir. Maraqlısı isə odur ki, futbolçu “Qalatasaray”ın əsas rəqibi “Fənərbağça”nın da maraq dairəsindədir.
