Türkiyənin "Qalatasaray" və "Fənərbağça" klubları Fransa "Lill"inin müdafiəçisi Aurelien Çedjunu sıralarına qatmağa çalışır.
Korner.az-ın "Goal.com"-a istinadən verdiyi məlumata görə, 27 yaşlı kamerunlu futbolçuya türk klubları ilə yanaşı "Monako" və "Marsel", eləcə də, İspaniya "Valensiya"sı da ciddi maraq göstərir.
"Lill" isə Çedjunu heyətinə qatmaq istəyən klublar üçün 14 milyon avro pul "oxuyub".
