“Qalatasaray” Uqarte üçün hərəkətə keçdi – “Mançester Yunayted” mane olmayacaq
17.12.2025 , 14:00
Qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyən “Qalatasaray”ın diqqəti “Mançester Yunayted”in futbolçusu Manuel Uqarteyə yönəlib.
Korner.az xəbər verir ki, İngiltərə klubu onun transferinə qarşı çıxmayacaq.
Qeyd edək ki, Uqarte 2024-cü ilin yayında 50 milyon avroya PSJ-dən “Mançester Yunayted”ə keçib və bu mövsümdə əsas heyətdə oynamaq üçün çətinliklər yaşayır.