“Qalatasaray” ulduz futbolçunu göndərir
06.01.2025 , 11:24
“Qalatasaray” heyətini yeni futbolçularla gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi bu səbəbdən Hakim Ziyeç olmaqla bəzi oyunçularla yollarını ayırmaq fikrindədir.
Super Liqa nəhəngi ulduz oyunçu üçün gələcək təklifləri gözləyir.
Futbolçunun meneceri sonuncu dəfə Premyer Liqa təmsilçisi “Vulverhempton”la əlaqə saxlayıb.
Bu mövsüm “Qalatasaray”ın heyətində 11 matçda iştirak edən Hakim Ziyeç 1 məhsuldar ötürmə edib.