"Qalatasaray" hollandiyalı ulduz futbolçu Uesli Sneyderin transferindən sonra indi də Didye Droqbanı heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, 2012-ci ildə “Çelsi” ilə birlikdə Çempionlar Liqası kubokunu başı üzərinə qaldıran ulduz futbolçu hazırda karyerasını Çinin “Şanxay Şenhua” klubunda davam etdirir. “Cim Bom"35 yaşlı futbolçunu icarə əsasında transfer etmək fikrindədir.
Qeyd edək ki, klub artıq bu istiqamətdə işlərə başlayıb və yaxın günlərdə bu xəbərə də aydınlıq gələcək.