Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçiriləcək "Braqa" – "Qalatasaray" matçını idarə edəcək hakimlər briqadası məlumdur.
Korner.az-ın məlumatına görə, qarşılaşma italyalı hakimlər briqadasına həvalə olunub.
Görüşün şab hakimi Nikola Rizolli olacaq. Onun köməkçiləri isə, Renato Faverani və Andrea Stefanidir.
Qeyd edək ki, “Municipal” stadionunda baş tutacaq qarşılaşma dekabrın 5-d' Bakı vaxtı ilə saat 23:45-də start verəcək.
