“I Qəbələ Kuboku”nun oyunları televiziya vasitəsi ilə yayımlanacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Qəbələ Futbol Akademiyasının direktoru Ali Yavaş məlumat verib.
“Qəbələ” – “Qalatasaray” matçını “Qalatasaray TV” canlı yayınlayacaq. Azərbaycanda turnirin oyunları isə “İdman Azərbaycan” vasitəsi ilə futbolsevərlərə göstəriləcək. Düşünürəm ki, turnir çərçivəsində çox maraqlı matçlar izləyəcəyik”.
Qeyd edək ki, “Qəbələ” – “Qalatasaray” matçı mayın 19-da keçiriləcək və saat 19.00-da başlayacaq.
