“Qalatasaray” “Hamburq”un türk futbolçusu Hakan Çalhanoğlu və klubuyla razılığa gəlib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qış fasiləsi zamanı “sarı qırmızılı” kluba qatılacaq 19 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanacaq.
“Cim Bom” futbolçuya görə, alman klubuna 4 milyon avro ödəyəcək.
