Transfer çalışmalarını davam etdirən “Qalatasaray” artıq indidən gələcək mövsümü də düşünür.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Cim Bom” “Real”ın ulduzu Anxel Di Marianı gələcək mövsüm üçün heyətinə qatmaq üçün, artıq indidən danışıqlara başlayıb.
Ulduz futbolçunun keçidi üçün “Real”la razılığa gələn İstnabul nəhəngi futbolçuyla da böyük ölçüdə anlaşıb.
Qeyd edək ki, Di Marianı “Arsenal” da transfer etmək istəyir.
