“Qalatasaray” “Trabzonspor”u məğlub etdi
11.02.2019 , 10:15

Türkiyə Superliqasında 21-ci turun daha 3 oyunu keçirilib. Turun mərkəzi oyununda “Qalatasaray” doğma azarkeşləri önündə “Trabzonspor”u qonaq edib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul klubu 2-ci pillədəki yerini qoruyub. Hazırda “sarı-qırmızılılar”ın ehtiyatında 39 xal var.
Turnir cədvəlinə isə 45 xalla “Başakşəhər” başçılıq edir. “Beşiktaş” 36 xalla 3-cü, “Trabzonpor” isə 33 xalla 5-cidir.
Türkiyə Superliqası, 21-ci tur
10 fevral
“Konyaspor” – “Malatyaspor” – 1:1
Qollar: D. Aleksiç, 74 (0:1), Adis Yahoviç, 85-pen.
“Göztəpə” – “Alanyaspor” – 3:2
Qollar: D. Kadah, 21 (1:0), Ç.Borqes, 32 (2:0), G. Tsavellaz, 43 (2:1), P. Sisse, 75 (2:2), N. Cilas, 90 (3:2)
“Qalatasaray” – “Trabzonspor” – 3:1
Qollar: M. Dian, 21-pen. (1:0), H. Rodalyeqa, 30 (1:1), Y. Belhanda, 45 (2:1), 51 (3:1)
