“Qalatasaray” “Tottenhem”in futbolçusunu transfer edir?
01.07.2025 , 15:10

“Qalatasaray” yay transfer hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Tottenhem”in hücumçusu Riçarlisonu heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Bu barədə “The Sun” məlumat yayıb.
Xəbərdə, klublar arasında danışıqların davam etdiyi bildirilib.
28 yaşlı braziliyalı futbolçu 2023-2024 mövsümündə “Tottenhem”in heyətində 24 rəsmi matçda meydana çıxıb. O, bu matçlarda 5 qol vurub, 2 məhsuldar ötürmə ilə komandasına töhfə verib.
