“Qalatasaray” “Tottenhem”dən futbolçu transfer edir
19.06.2024 , 17:15

“Qalatasaray” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi bu dəfə İngiltərəyə üz tutub.
Klub “Tottenhem”in futbolçusu Pierre Emileni heyətinə cəlb etmək istəyir.
Super Liqa təmsilçisi “Tottenhem”də çıxış edən danimarkalı futbolçu üçün əlaqələrini gücləndirib.
Türk mediasında yer alan xəbərə görə, “Qalatasaray” 28 yaşlı futbolçu üçün “Tottenhem”ə 10 milyon avro təklif edib.
İngilislərin klubu ilə 1 illik müqaviləsi olan oyunçu üçün 15 milyon avro istədiyi bildirilib.
28 yaşlı danimarkalı forvard karyerasınl Türkiyədə davam etdirəcəyi təqdirdə mövsümə 5 milyon avro dəyərində 4 illik müqavilə gözləyir.
