Türkiyə Futbol Federasiyası Superliqanın yenicə tamamlanmış 2012-2013-cü illər mövsümü üçün mükafatları müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, mükafat komandanın qələbə və heç-heçə sayına uyğun olaraq verilib.
Belə ki, TFF hər qələbəyə 900 min, heç-heçəyə isə 450 min lirə (1 lirə təxminən 0,45 manatdı) müəyən edilib.
Mükafatçılar siyahısında da son çempion "Qalatasaray" birinci olur. "Sarı-qırmızılılar" son mövsümdəki 21 qələbə və 8 heç-heçəyə görə kassalarına 22.5 milyon lirə əlavə ediblər.
İkinci ən çox mükafat alan isə "Fənərbağça"dı – 19 milyon 350 min lirə.
Ümumi siyahı aşağıdakı kimidi.