“Qalatasaray” Teteni göndərir
15.05.2024 , 19:46

“Qalatasaray”ın mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Tete gözləntiləri doğrultmayıb.
Korner.az xəbər verir ki, gənc futbolçuya ölkəsindən talib çıxıb.
“Sabah”ın xəbərinə görə, Braziliyadan “Palmeyras”ın istədiyi futbolçu mövsümün sonunda komanda ilə yollarını ayıracaq.
“Qalatasaray” futbolçu üçün 10 milyon avro tələb edəcək.
Klub rəhbərliyi futbolçunu başqa komandaya icarəyə vermək imkanını da nəzərdən keçirir.
Bu mövsüm “Qalatasaray”ın heyətində 43 matça çıxan Tete 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
