“Qalatasaray” qış transfer pəncərəsi dövründə növbəti transferini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, İstanbul klubu Aleks Tellesi heyətinə qatıb.
Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, sol cinah müdafiəçisi üçün klubu “Qremio”ya 6 milyon 150 min avro transfer haqqı ödənib. Telles 4,5 illik müqaviləyə imza atıb.
“Qalatasaray” onun maaşını da açıqlayıb:
2013/14 mövsümü (ikinci yarı): 650.000 avro imza haqqı, 650.000 avro maaş, 10 min avro matçbaşı
2014/15 mövsümü: 1.400.000 avro maaş, 10 min avro matçbaşı
2015/16 mövsümü: 1.500.000 avro maaş, 10 min avro matçbaşı
2016/17 mövsümü: 1.600.000 avro maaş, 10 min avro matçbaşı
2017/18 mövsümü: 1.700.000 avro maaş, 10 min avro matçbaşı
Bundan başqa Telles cari mövsümün qalan hissəsində 15 rəsmi matça start heyətində çıxsa 150, növbəti mövsümlərin isə bütün oyunlarına ilk 11-likdə başlasa 250 min avro qazanacaq.
Beləliklə, “Qalatasaray” 21 yaşlı futbolçunun transferinə mükafatlar və matçbaşı istisna olmaqla 13 milyon 650 min avro xərcləyib.
