“Fənərbağça” ilk transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “sarı lacivərdlilər” “Qalatasaray”ın prinsipcə anlaşdığı Alper Potoku rəsmən transfer edib. Bu transfer xəbəri isə əzəli rəqib olan “Cim-Bom”un düşərgəsində bir şok yaradıb. Çünki futbolçunun məxsus olduğu “Əskişəhərspor” klubu ilə hər yöndə razılığa gələn “Qalatasaray”ın yaxın günlərdə Aplerlə müqavilə bağlayacağı bildirilirdi. Lakin “sarı lacivərdlilər” Potukun transferio üçün 6 milyon 250 min avro və iki futbolçusunu Əskişəhər təmsilçisinə verib. Bunlar əsas heyətə düşə bilməyən Orhan Şam və Bienvenüdü. Əgər futbolçular bu klubda oynamaqdan boyun qaçırarsa “Fənər” hər iki futbolçunun satmaq hüququnu “Əskişəhərspor”a verəcək.