“Qalatasaray” “Sevilya”dan futbolçu transfer edir
10.02.2025 , 12:58

“Qalatasaray” yeni transfer üçün çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Sevilya”dan Xuanlu Sançezi heyətinə cəlb etmək istəyir.
Türkiyə klubu 21 yaşlı müdafiəçi üçün İspaniya nəhənginə 11 milyon avroluq təklif göndərib.
Tərəflər arasında razılıq əldə olunarsa, keçidin yaxın zamanda baş tutacağı gözlənilir.
