“Qalatasaray” seneqallı hücumçu alır
29.01.2019 , 21:22

“Qalatasaray” növbəti transferinə yaxındır.
İstanbul klubu “Kasımpaşa”nın hücumçusu Mbaye Dianeni heyətinə cəlb etmək istəyir.
“Sarı-qırmızılar”ın seneqallı futbolçu üçün “Kasımpaşa”ya 9 milyon avro təklif edib. Tərəflərin razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Diane ötən ildən “Kasımpaşa”da oynayır. Seneqal millisinin üzvü bu mövsüm Superliqada 17 oyuna 20 qol vurmaqla çempionatın bombardiridir.
