“Qalatasaray” səfərdə “Fethiyespor”u məğlub etdi – Video
14.01.2026 , 11:00
Türkiyə Kubokunun A qrupunun 2-ci turunda “Qalatasaray” səfərdə “Fethiyespor”u 2:1 hesabı ilə üstələyib.
Korner.az xəbər verir ki, Beşkaza stadionunda keçirilən oyunda “sarı-qırmızılılar”ın qollarını 73-cü dəqiqədə Abdülkerim Bardakçı, 80-ci dəqiqədə isə Barış Alper Yılmaz vurub. “Fethiyespor”un yeganə qolunu isə 90-cı dəqiqədə Uğur Ayhan qeydə alıb.
Bu qələbə ilə “Qalatasaray” xallarını 6-ya çatdırıb. “Fethiyespor” isə 1 xalla qrupda yer alır.