Qış fasiləsində heyəti gücləndirməklə bağlı planlar quran “Qalatasaray” artıq ilk transferini reallaşıdırıb.
Korner.az-ın məlumatına görə, bu, “Kasımpaşa”nın mərkəz müdafiəçisi Rayan Donkdu.
Yerli mətbuatın yazdığına görə, artıq hər iki klub bu barədə razılığa gəlib. “Transfer pəncərəsi” açılanda “sarı-qırmızılar” 29 yaşlı futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək.
Razılaşmaya əsasən “Cim-Bom” bu keçid üçün “Kasımpaşa” klubuna 1.5 avro ödəyəcək və Donkla 2+1 illik müqavilə imzalayacaq.
