“Qalatasaray” qapıçısı ilə yeni müqaviləyə hazırlaşır
09.02.2021 , 18:19
“Qalatasaray” qapıçısı Fernando Musleranın mövsümün sonunda bitəcək müqaviləsini uzadacaq.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu 34 yaşlı qapıçı ilə 2+1 illik müqavilə imzalayacaq.
Yeni sözləşməyə əsasən onun illik maaşı 2,5 milyon avro olacaq.