“Qalatasaray” qələbə ilə başladı
11.08.2018 , 16:13

Türkiyə Superliqasında yeni mövsümə start verilib
Turun ilk qarşılaşmasında son çempion “Qalatasaray” debütant “Ankaragücü”nün qonağı olub. Dörd qolun vurulduğu matçda İstanbul klubu qələbə qazanıb – 3:1.
Turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.
10 avqust
“Ankaragücü” – “Qalatasaray” – 1:3
Qollar: Əl Kabir, 7 – S.Aziz, 22. Kone, 30-öz qapısına. E.Derdiyok, 90.
