Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı.
Korner.az-ın məlumatına görə, Türkiyənin "Qalatasaray" klubu turnirin favoritlərindən olan Madrid "Real"ına rəqib oldu.
"Sarı-qırmızılılar"ın vitse-prezidenti Ali Dürüst "NTV Spor"a verdiyi açıqlamada püşkü dəyərləndirib:
"Biz bu mərhələyə yüksəldikdən sonra hər bir komandanı özümüzə rəqib düşə biləcəyini bilirdik. Azarkeşlər çox maraqlı oyun izləyəcək. İlk oyunun səfərdə olması həmişə üstünlük sayılır. Ancaq biz "Şalke" ilə öz meydanımızda 1:1-lik heç-heçə edin, Heleznkirherdə onları məğlub edə bildik. Buna görə də, ilk oyunun harda oynanması artıq o qədər də, mühim deyil".
