“Qalatasaray” Onyekurudan doya bilmədi
31.07.2018 , 17:25

“Qalatasaray” klubunun yeni icarəyə götürdüyü Onyekuru geri qayıda bilər
“Everton” klubundan 800 min avro qarşılığında 1 illik icarəyə götürdüyü nigeriyalı futbolçuya “Valensiya” klubu elçi düşüb. Buna görə də, “Everton” Onyekurunu geri çağıra və “Valensiya” klubuna transfer edə bilər. Belə olacağı təqdirdə, ingilis klubu “cim-bom”a təzminat ödəməlidir.
Qeyd edək ki, belçikalı futbolçu “Qalatasaray”ın təlim-məşq toplantılarında klub rəhbərlərinin ümidlərini doğrultmuşdu.
