“Qalatasaray” onunla peşəkar müqavilə imzaladı
11.05.2021 , 19:37

“Qalatasaray” futbolçusu Eren Aydınla peşəkar müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Əvəzedici komandada çıxış edən 18 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Eren Aydın bu mövsüm 10 matçda 13 qol vurub.
