“Qalatasaray” onun üçün klub axtarır
02.06.2025 , 15:47

“Qalatasaray” “Kopenhagen”dən heyətinə qatdığı Elias Jelert ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi komandada gözləntiləri doğrultmayan oyunçu ilə davam etmək istəmir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qalatasaray” artıq 21 yaşlı futbolçu üçün klub axtarışına başlayıb.
Bu mövsüm komandanın heyətində 35 matçda forma geyinən Elias Jelert 1 qol vurub.
