“Qalatasaray” onu icarəyə verdi
30.07.2024 , 10:37

“Qalatasaray” Kazımcan Karataşı icarəyə göndərib.
Korner.az xəbər verir ki, 21 yaşlı futbolçu 2024/2025 mövsümünü Rusiyanın “Orenburq” klubunda keçirəcək.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qalatasaray”la müqavilə müddəti 2027-ci ilin iyununa qədər olan müdafiəçi ötən mövsüm MKE “Ankaragücü”ndə keçirib.
