“Qalatasaray” onu göndərir
12.09.2024 , 10:00
“Qalatasaray”ın futbolçusu Halil Dervişoğlu klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, onunla Super Liqanın 3 komandası maraqlanır.
Söhbət “Kasımpaşa”, “Qaziantep” və “Rizespor”dan klublarından gedir.
“Qalatasaray” rəhbərliyi futbolçuya komandadan ayrılmaq üçün icazə verib.
Oyunçunun ona gələn təkliflərdən birini dəyərləndirməsi gözlənilir.
24 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib. “Qalatasaray”da 65 dəfə forma geyinən Halil 12 qol vurub, 4 məhsuldar ötürmə edib.