“Qalatasaray” onu göndərdi
05.02.2026 , 12:45
Türkiyə çempionu “Qalatasaray” 22 yaşlı avstriyalı futbolçu Yusuf Demiri komandada saxlamayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, Demirin müqaviləsinə xitam verildiyi bildirilib.
Bu mövsüm Demir “Qalatasaray”da cəmi 3 oyunda iştirak edib.