“Qalatasaray” onu buraxmadı, müqaviləni uzatdı
01.05.2023 , 13:13
“Qalatasaray” Dris Mertenslə müqaviləni daha 1 il uzadıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə də “sarı-qırmızılar”ın formasını geyinəcək.
Dris Mertens “Qalatasaray”ın heyətində 28 rəsmi matçda 7 qol vurub və 4 məhsuldar ötürmə ilə komandasına kömək edib.