“Qalatasaray” onu birdəfəlik transfer etdi
01.07.2023 , 18:56

“Qalatasaray” ötən mövsümün ikinci yarısı “Sassuolo”dan icarəyə götürdüyü Kaan Ayhanı birdəfəlik transfer edib.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Bu transfer üçün klub 2 milyon 800 min avro təzminat ödəyib.
