“Qalatasaray” onlarla müqavilə yenilədi
07.01.2025 , 16:44
“Qalatasaray”da iki yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçular – Recep Yalın Dilek və Ali Yeşilyurtla sözləşməni uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki gənc oyunçu ilə müqavilənin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.