Böyük ümidlərlə "Qalatasaray"a transfer olunan Tomas Uyfaluşi yayda özünə yeni klub axtarmalı olacaq.
Korner.az-ın məlumatına görə, mövsümün əvvəlində ciddi şəkildə zədələnən müdafiəçi təzəcə sağalacaqdı ki, bir daha yenidən zədələnib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, 35 yaşlı futbolçunun yayda müqaviləsi başa çatır və “Qalatasaray” rəhbərliyi ona yeni müqavilə təklif etməyəcək.