“Qalatasaray” ona görə Fransaya getdi
08.01.2025 , 13:11
“Qalatasaray” ulduz futbolçunu heyətinə cəlb etməyə yaxındır.
Korner.az xəbər verir ki, söhbət hazırda “Lion”da forma geyinən gürcü hücumçu Georges Mikautadzedən gedir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul klubunun idarə heyətinin bu gün Fransaya gedərək 22 yaşlı oyunçunun transferini tamamlamağa çalışacaqları qeyd olunub.
Super Liqa nəhəngi futbolçu üçün Fransa klubuna 22 milyon avro və əlavə olaraq 2 milyon avro bonus təklif edib.