Okan Burukun maaşına fantastik artım! (YENİ MƏBLƏĞ)
09.10.2023 , 10:53

“Qalatasaray” rəhbərliyi milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə baş məşqçi Okan Burukla müqaviləni yeniləməyi planlaşdırır.
Korner.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinə möhtəşəm start verən “sarı-qırmızılar” Superliqada da 7 matçlıq qələbə seriyası əldə edib.
Bu uğurlu startı qiymətləndirməyi düşünən klub rəhbərliyi çalışdırıcının maaşını arıtrmaq qərarına gəlib. Belə ki, ötən mövsüm illik 20 milyon lirə (təxminən 1232000 AZN) maaş alan Okan Burukun maaşının 60 milyon lirəyə (təxminən 3696000 AZN) yüksəldiləcəyi bildirilir. Burukla müqavilənin 1 illik olacağı deyilir.
