“Qalatasaray” Okan Burukla davam edəcək
07.06.2024 , 14:17

“Qalatasaray” baş məşqçisi Okan Burukla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin başa çatan müqaviləsini yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi mütəxəssislə 2026-cı ilə qədər sözləşmə imzalayıb.
Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayından “Qalatasaray”ı çalışdırır.
