Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” Braziliyanın “Palmeyras” klubunda çıxış edən Vitor Huqo ilə razılaşıb.
Korner.az-ın məlumatına görə, müdafiəçinin meneceri gələn həftə İstanbula yola düşəcək.
“Cim Bom”un transferin reallaşması üçün 5 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, 25 yaşlı oyunçu keçən mövsüm “Palmeyras”ın heyətində 36 oyunda iştirak edib.
