“Qalatasaray” Niderland səfərində, “Fənərbağça” “Anderlext”ə qarşı
13.02.2025 , 11:30

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
Bu mərhələdə “Fənərbağça” “Anderlext”i qəbul edəcək, “Qalatasaray” isə “AZ Alkmaar”ın qonağı olacaq.
Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar
13 fevral
21:45. “Mityulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
21:45. “Yunion” (Belçika) – “Ayaks” (Niderland)
21:45. “Ferensvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
21:45. “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)
00:00. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
00:00. “Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç)
00:00. “AZ Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə)
00:00. PAOK (Yunanıstan) – FCSB (Rumıniya)
