“Qalatasaray” müdafiə xəttini onunla gücləndirir
23.01.2025 , 13:15

“Qalatasaray” “Ayntraxt”dan müdafiəçi Tutanı transfer etməyə hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb.
Xəbərə görə, Türkiyə nəhəngi braziliyalı oyunçu üçün ciddi transfer haqqı ödəməyə hazırdır.
Super Liqa təmsilçisi 25 yaşlı futbolçunu heyətinə qatmaqla müdafiə xəttində yaşadığı problemi aradan qaldırmaq istəyir.
Klub rəhbərliyi Almaniya komandasına təxminən 12 milyon avroluq təklif göndərib.
“Ayntraxt” isə Tuta üçün 16-17 milyon avro tələb edir.
Tuta bu mövsüm Almaniya klubunda 24 oyun keçirib. Futbolçu bu matçlarda 1 qol vurub.
