Türkiyə Superkubokunun qalibi bəlli olub.
Korner.az-ın məlumatına görə, həlledici matçda son çempion “Beşiktaş” ölkə kubokunun qalibi “Qalatasaray”la qarşılaşıb.
Konyada keçirilən oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda ilk sevinən “Qalatasaray” olub. Hakan Balta oyunun 100-cü dəqiqəsində hesabı açıb.
“Qartal”ın cavabı çox gecikməyib. Cəmi 7 dəqiqə sonra Şedcu öz qapısını “dəqiq nişan alıb” – 1:1.
Oyun elə bu hesabla da başa çatıb. Penaltilər seriyasında isə “Qalatasaray”lılar daha dəqiq oynayıblar.
“Cim-bom”un futbolçularının 3 dəqiq zərbəsinə “qartallar” heç nə ilə cavab verə bilməyiblər. Beləliklə, Türkiyə superkubokunun yeni qalibi “Qalatasaray” olub.
