"Qalatasaray"da ikinci mövsümdü icarə əsasında forma geyinən və transfer hüququ "Yuventus"da olan Felipe Meloyla bağlı qərar verilib.
Korner.az-ın məlumatına görə, "Pitbull" ləqəbli braziliyalı ulduz Felipe Melonun "sarı-qırmızılılar"a tam keçidi alınmayıb.
Son həftələr aparılan danışıqlar səmərəsiz olub. İtalyanların istədiyi 6.5 milyon avronun qarşılığında "Qalatasaray"ın 4.5 milyon təklif etdiyi söylənilsə də, məlum olub ki, İstanbul təmsilçisi "Yuve"yə hər hansı rəsmi müraciət ünvanlamayıb. Danışıqların yayda davam etdiriləcəyi deyilir.
