“Qalatasaray” “Mançester Yunayted”dən futbolçu transfer edir
28.07.2023 , 23:40

“Qalatasaray” yarımmüdafiə xəttinə yeni futbolçu cəlb etməyi planlaşdırır.
Korner.az xəbər verir ki, Türkiyə nəhəngi “Mançester Yunayted”dən Fredi transfer etmək fikrindədir.
“Sky Sports”da yer alan xəbərə görə, “sarı-qırmızılar”ın braziliyalı yarımmüdafiəçi ilə razılığa gəldiyi bildirilib.
“Mançester Yunayted”in yaxın günlərdə 30 yaşlı futbolçunun transferini açıqlamağı gözlənilir.
Mina Musayeva
