“Qalatasaray” – “Mançester Yunayted” matçının təyinatları
27.11.2023 , 19:21

Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçiriləcək “Qalatasaray” – “Mançester Yunayted” oyununa təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Xose Mariya Sançes olacaq. Ona yan xətt hakimləri Raul Kabanyero və İniqo Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını Gilyerme Kuadra yerinə yetirəcək.
