“Qalatasaray” kuboku əldən verdi
06.08.2018 , 16:46

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Həlledici qarşılaşmada son çempion “Qalatasaray” “Akhisar Genclik Spor”la üz-üzə gəlib.
Konyada keçirilən matça nominal qonaqlar erkən qolla başlayıblar. Matçın sonuna 11 dəqiq qalmış “Qalatasaray” hesabı bərabərləşdirib.
Qalan dəqiqələr, eləcə də əlavə vaxtda qalib aşkarlanmadığından matçın taleyini penaltilər seriyası həll edib. Burada daha dəqiq oynayan “Akhisar Genclik Spor” Türkiyə Superkubokun qalibi olub.
Türkiyə Superkuboku
5 avqust
“Qalatasaray” – “Akhisar Genclik Spor” 1:1 pen – 4:5
Qollar: Seleznyov, 5 (0:1), Derdiyok, 79 (1:1)
