“Qalatasaray” sol cinahdakı problemi həll etmək üçün Qael Klişini transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, İstanbul klubu artıq “Mançester Siti”nin futbolçusu ilə danışıqlara başlayıb.
Bildirilir ki, “Qalatasaray” Klişiyə illik 3,5 milyon avro maaş və imza pulu təklif edib. Bu transfer baş tutsa, fransalı futbolçu “Qalatasaray” tarixinin ən bahalı müdafiəçisi olacaq.
